“Mançester Yunayted”də 12 ayrılıq

“Mançester Yunayted”də 12 ayrılıq

“Mançester Yunayted”də kütləvi ayrılıq baş verəcək. İngiltərə klubu 12 futbolçunu yola salmağı planlaşdırır.

“Qırmızı şeytanlar” Harri Maquayr, Antoni Marsiyal, Fred, Aleks Telles, Aron Van-Bissaka, Skott Maktominey, Din Anderson, Fill Cons, Erik Bayi, Aksel Tuanzebe, Brandon Uilyams və İtan Qalbreytlə vidalaşacaq. Baş məşqçi Erik Ten Haq bu futbolçuların gedişindən sonra heyətə yeni futbolçular cəlb etməyi düşünür. Artıq Mançester təmsilçisi bir neçə futbolçu ilə danışıqlara da başlayıb.

Qeyd edək ki, son mövsümü 3-cü pillədə tamamlayan “Mançester Yunayted” yeni mövsümdə Çempionlar Liqasında iştirak edəcək.

ETOPAZ

Əvvəlki yazı

Millimizin heyəti müəyyənləşdi

Növbəti yazı

PSJ-də vida