“Mançester Yunayted” Karrikə tapşırıldı

“Mançester Yunayted” Karrikə tapşırıldı

“Mançester Yunayted”də gözlənilən baş məşqçi istefası rəsmiləşib. Bunu klubun mətbuat xidməti açıqlayıb. İngiltərə klubu Ole-Qunnar Sulşerlə yollarını ayırıb.

2018-ci ilin dekabrından Premyer Liqa təmsilçisinə başcıq edən norveçli ilə 2024-cü ilin yayına qədər olan müqaviləyə xitam verilib. “Mançester Yunayted” Sulşerin rəhbərliyi altında heç bir titul qazanmayıb. Bu müddətdə ən yaxşı nəticə Premyer Liqanın gümüş mükafatı və Avropa Liqasının finalı olub.

Mançester təmsilçisinin baş məşqçi vəzifəsi müvəqqəti Maykl Karrikə tapşırılıb. Sulşerin köməkçisi qarşıdakı görüşlərdə komandaya rəhbərik edəcək. Klub rəhbərliyi mövsümün sonuna qədər bu vəzifəni icra edəcək mütəxəssis axtarışına başlayıb.

ETOPAZ

Əvvəlki yazı

Yannis 5-ci oldu

Növbəti yazı

“Qəbələ”dən ev qələbəsi