Yannis 5-ci oldu
“Miluoki”nin lideri Yannis Adetokumbo “Atlanta” ilə matçın qəhrəmanı olub. O, 117:108 hesablı qələbəyə böyük töhfə verib.
Yannis qarşılaşmada 32 xal, 20 ribaund, 5 ötürmə, 2 topalma və 3 blok-şotla yadda qalıb. Yunanıstanlı hücumçu son 40 ildə belə göstəricilərə imza atan 5-ci basketbolçudur.
Onadək Demarkus Kazins, Tim Dankan, Devid Robinson və Hakim Olacuvon bunu bacarıb. Ardıcıl üçüncü qələbəsini qazanan “Miluoki” isə pley-off zonasına yaxınlaşıb.