“Mançester Siti” və ”İnter”dən qələbə

“Mançester Siti” və ”İnter”dən qələbə

Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib. İlk oyun günündə 2 qarşılaşma baş tutub.

“Mançester Siti” ”Bavariya”nı qəbul edib. Görüş ingiltərəlilərin üstünlüyü ilə keçib. Rodri hesabı açıb. Ardından Bernardo Silva fərqlənib. Oyunda son nöqtəni isə Erlinq Haaland qoyub – 3:0.

“Benfika” isə ”İnter”i qəbul edib. İtaliyalılar matça fəal başlayıb. Hesab ikinci yarıda açılıb. Nikolo Barella fərqlənib. Oyunun sonlarında milanlılar daha bir qol vurub. Romelu Lukaku penaltini dəqiq yerinə yetirib – 2:0.

ETOPAZ

Əvvəlki yazı

AFFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək

Növbəti yazı

Haland Müllerə çatdı