Haland Müllerə çatdı

Haland Müllerə çatdı

Erlinq Haland Çempionlar Liqasının cari mövsümündəki məhsuldarlığını davam etdirir. “Mançester Siti”nin hücumçusu 7 oyunda 11 qol vurub.

Bombardirlər cədvəlinə başçılıq edən norveçli “Bavariya” ilə ev matçında (3:0) da fərqlənib. Haland alın ilk oyunundakı qolla izləyicilərindən üç top uzaqlaşıb.

“Liverpul”un forvardı Məhəmməd Salahın 8 qolu var. “Benfika”dan Qonsalu Ramuş və PSJ-dən Kilian Mbappe 7 dəfə rəqib qapısına yol tapıb.

Qeyd edək ki, Erlinq ümumilikdə Çempionlar Liqasında keçirdiyi 26 matçda 34 qol vurub. O, qol sayında Hert Müllerə çatıb. Almaniyalı 35 oyunda 34 qola sevinib.

ETOPAZ

Əvvəlki yazı

“Mançester Siti” və ”İnter”dən qələbə

Növbəti yazı

“Leykers” və “Atlanta” pley-offda