“Mançester Siti” 22-də dayandı

“Mançester Siti” 22-də dayandı

İngiltərə Premyer Liqasının XXXII turunda “Mançester Siti” “Liverpul”u qonaq edib. Oyun “şəhərlilər”in uğurlu seriyasının başa çatmasına səbəb olub.

“Mavilər” cari mövsüm çempionatda ilk dəfə hesabı açmasına baxmayaraq, qalib gələ bilməyib. Mançester təmsilçisi matçda iki dəfə önə keçsə də, meydanı 2:2 hesablı bərabərliklə tərk edib. Pep Qvardiolanın yetirmələri bundan əvvəl ilk qolu vurduğu 22 liqa görüşünün hamısında qalib gəlməyi bacarıb.

Qeyd edək ki, hazırda “Mançester Siti” 74 xalla turnir cədvəlinə başçılıq edirsə, ikinci pillədəki “Liverpul” ondan 1 xal geri qalır.

ETOPAZ

Əvvəlki yazı

Emreli “Dinamo”da ilk qolunu vurdu

Növbəti yazı

Trent Cerrardı geridə qoydu