Emreli “Dinamo”da ilk qolunu vurdu
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin komandası “Dinamo” Xorvatiya çempionatında növbəti oyununa çıxıb. Zaqreb təmsilçisi 30-cu turda “Riyeka”nın qonağı olub.
Bu tura qədər turnir cədvəlinə başçılıq edən “Dinamo”nun çempionluq uğrunda mübarizədə rəqiblərindən biri ilə dueli böyük maraq doğururdu.
Qarşılaşmada hesabı 6-cı dəqiqədə ev sahibləri açıb. Matça ehtiyatdan başlayan Emreli 57-ci dəqiqədə meydana daxil olub. Məhz o, 79-cu dəqiqədə bərabərlik topuna imza atıb. Bununla Mahir “Dinamo”nun heyətində qol hesabını açıb. 86-cı dəqiqədə daha bir qol vuran zaqreblilər minimalhesablı qələbə qazanıb – 2:1.
Bununla liderliyini davam etdirən “Dinamo” xallarının sayını 63-ə yüksəldib.