Malder “Mayami”də
“Mayami” heyətinə yeni basketbolçu qatıb. Maykl Malderlə ikitərəfli müqavilə imzalanıb.
27 yaşlı müdafiəçi mövsümə “Orlando”da başlayıb. 15 matçda 3,7 xal və 1,4 ribaunda imza atan oyunçu yanvarda klubsuz qalıb.
Onunla anlaşmaq üçün “Mayami” bir basketbolçusu ilə vidalaşıb. Kayl Qay heyətdən çıxarılıb.