Levandovski üçün 60 milyonluq təklif
Ulduz hücumçu almaq niyyətindən əl çəkməyən “Barselona”nın Robert Levandovski üçün ödəməyə hazır olduğu məbləğ bəlli olub. İspaniya klubu polşalı üçün 50 milyon, zərurət yaranarsa 60 milyon avro ödəməyə razıdır.
Robertin “Bavariya” ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq. Almaniyalılar da Levandovski ilə yeni anlaşma bağlamaqda maraqlıdır. Münhen klubu onun maaşını da artırmağa hazırdır.
Qeyd edək ki, Levandovski 2014-cü ildən “Bavariya”nın formasını geyinir.