Maksim Medvedev: “Böyük uğur əldə edə biləcəyik”
UEFA Avropa Liqasının qrup mərhələsinin I turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Molde” (Norveç) oyunundan əvvəl təşkil olunan mətbuat konfransın Ağdam klubunun kapitanı Maksim Medvedev iştirak edib. Təcrübəli müdafiəçi sabahkı görüş barədə fikirlərini açıqlayıb:
“Avropa Liqasının qrup səddini “İnter”lə Bakıda qarşılaşanda keçməyə yaxın idik. Amma alınmadı. Bu il də yaxşı imkanımız var. Bundan istifadə edə bilərik. Məşqdən də görünür ki, hamı qalib gəlmək istəyir. İnanıram ki, belə güclə, belə istəklə daha da böyük uğur əldə edə biləcəyik”.