Günün kuponu – 21.09.2023
“Bayer” – “Hakken” 1
Avropa Liqasında “Qarabağ”ın qrupundakı komandalar ilk turda Almaniyada qarşılaşacaq. Bundesliqada rəqib tanımayan “Bayer” ötən tur “Bavariya” ilə 2-2 oynayıb. Qrupun favoriti hesab olan Xabi Alonsonun komandasından evdəki oyunda qələbə gözləyirəm.
LASK – “Liverpul” 2
Avstriya klubu LASK doğma meydanda “Liverpul”u qəbul edəcək. Premyer Liqada 4 qələbə qazanan mersisaydlılar yalnız “Çelsi” ilə görüşdə bərabərliyə razılaşıb. İngilislərin qələbə qazanacağını düşünürəm.
“Atalanta” – “Rakov” 1
A seriyasında 4 turdan 6 xal toplayan “Atalanta” avrokuboklarda yeni mövsümə qələbə ilə başlamaq niyyətindədir. Polşa təmsilçisi adətən səfərdə açıq futbol oynamağa ehtiyat edir. “Atalanta”nın evdə uğur qazanacağın düşünürəm.