Maksim Medvedev: “Ən optimal heyətlə mübarizə aparacağıq”

Maksim Medvedev: “Ən optimal heyətlə mübarizə aparacağıq”

Sabah Azərbaycan və Qazaxıstan milliləri arasında oyun keçiriləcək. Millətlər Liqasının I turunun qarşılaşması öncəsi yığmanın kapitanı Maksim Medvedevin də qatıldığı mətbuat konfransı keçirilib. Təcrübəli müdafiəçi səfər oyunu barədə fikirlərini bölüşüb: “Komandada əhval-ruhiyyə yaxşıdır. Mövsüm başa çatıb, bütün diqqətimizi milli komandaya yönəltmişik. Yeni mövsüm başlayır, rəqiblərimiz analiz etmişik. Zəif və güclü tərəflərini bilirik. Son 2 gündə oyuna hazırlıq prosesi gedir. Bu gün sonuncu məşqimizdır. Sabah ən optimal heyətlə mübarizə aparacağıq. İnanıram ki, komanda yoldaşlarım sabah ən yaxşı tərəfdən özlərini göstərəcəklər, “vuruşacaqlar”. Klublarımızdakı son oyunlardan xeyli vaxt keçib. İstirahət etmək üçün yetərincə vaxtımız olub. Baş məşqçimiz də bunu nəzərə alaraq oyunçuları yüksək tempdə saxlayıb və son iki gündəki məşq sırf oyuna hazırlıq xarakteri daşıyıb”.

ETOPAZ

Əvvəlki yazı

De Byazi: “Komandamın buna potensialı var”

Növbəti yazı

Qvardiola Poqbayla görüşdü