Maksim Medvedevə xatirə hədiyyəsi

Maksim Medvedevə xatirə hədiyyəsi

AFFA peşəkar futbolçu karyerasını başa vuran Maksim Medvedevi təltif edib. Bu, Millətlər Liqasının qrup mərhələsinin I turunun Azərbaycan – İsveç oyunundan əvvəl baş verib.

Futbol veteranı matçdan öncə mükafatlandırılıb. Uzun illər Azərbaycan millisinin şərəfini qorumuş Maksimə ölkə futbolundakı xidmətlərinə görə xatirə hədiyyəsi təqdim olunub.

Bu hədiyyəni AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov veriblər. Maksim 2009-2022-ci illər ərzində millimizin heyətində 81 oyun keçirib və 4 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

Millimizin oyununda 4 qol

Növbəti yazı

Millidə 50-ci oyun