Makdanyels sıradan çıxdı

Makdanyels sıradan çıxdı

“Minnesota”nın forvardı Ceyden Makdanyels zədələnib. O, sol ayaq biləyinin burxulması səbəbindən qeyri-müəyyən müddətə sıradan çıxıb.

Makdanyels “San Antonio” ilə qarşılaşmanın dördüncü rübündə meydanı tərk edib. Həkimlər iki həftədən sonra basketbolçunun vəziyyətini qiymətləndirəcəklər.

Ceyden liqada ikinci mövsümünü keçirir. O, hər oyunda orta hesabla 9,4 xal və 4,3 ribaund yığıb. “Minnesota” Qərb Konfransında yeddinci yerdə qərarlaşıb.

ETOPAZ

Əvvəlki yazı

Ronaldo uğursuzluğunu təkrarladı

Növbəti yazı

Avrokuboklarda ən az qol buraxanlar