Mahmudovdan dubl, “Neftçi”dən qələbə

Mahmudovdan dubl, “Neftçi”dən qələbə

Azərbaycan Premyer Liqasında XIX tur davam edir. Bu gün turun daha iki oyunu keçirilməli idi. Lakin bu qarşılaşmalardan biri yarımçıq qalıb.

Əlverişsiz hava şəraiti üzündən 65-ci dəqiqədə dayandırılan “Qəbələ” – “Zirə” matçı sabah davam etdiriləcək. Qar altında baş tutan ilk 65 dəqiqədə isə qapılara qol vurulmayıb.

Günə “Neftçi” – “Sumqayıt” matçı ilə yekun vurulub. Son çempion ilk yarıda Emin Mahmudovun qolu ilə hesabı açıb. Qonaqlar fasiləyədək hesabda tarazlıq yaradıb. Rəhim Sadıxov fərqlənib. Bakılılar qələbə qolunu oyunun sonlarında vurub. Emin Mahmudov penaltini dəqiq yerinə yetirərək dublunu rəsmiləşdirib və komandasına üç xal qazandırıb. Bu qələbə ilə “ağ-qaralar” aktivini 34-ə xala çatdıraraq 2-ci pilləyə yüksəlib.

Qeyd edək ki, turun ilk günündə “Qarabağ” “Sabah”ı bir, “Keşlə” “Səbail”i üç cavabsız qolla məğlub edib.

ETOPAZ

Əvvəlki yazı

Premyer Liqa oyunu yarımçıq qaldı

Növbəti yazı

Günün kuponu – 14.03.2022