Günün kuponu – 14.03.2022
“Malyorka” – “Real Madrid” – QOL/YOX
Son 4 matçda uduzan meydan sahiblərinin vəziyyəti qənaətbəxş deyil. La Liqada 16-cı sırada qərarlaşan “Malyorka” hazırda oyun baxımından əksər klublardan geridədir. Lider “Real” isə əksinə. Çempionlar Liqasında PSJ-ni məğlub edən kral klubu bu oyunda bəzi futbolçularına istirahət verə bilər.
“Qalatasaray” – “Beşiktaş” – QOL/QOL
Turnir cədvəlində komandalar arasında 10 xal fərq yaranıb. Cim Bom 15, qara qartallar isə 8-ci sırada qərarlaşıb. Səfərdə “Barselona” ilə qolsuz bərabərliyə nail olan “Qalatasaray” cavab matçına ciddi hazırlaşmalı olacaq. İki nəhəng klubun duelini qolsuz təsəvvür etmək çətindi.
“Kristal Pelas” – “Mançester Siti” – QOL/QOL
Premyer Liqanın əsas favoriti “Mançester Siti” liderliyini davam etdirir. “Liverpul”dan 3 xal öndə olan qonaqlar səfərdə də inamlı təsir bağışlayır. Patrik Viyeranın gəlişindən sonra “Kristal Pelas” artıq bütün heyətlə müdafiədə keşik çəkmir. Lazım olanda hücuma keçərək qol vurmağa nail olur. Qonaqların qələbə qazanacağını düşünürəm.