Premyer Liqa oyunu yarımçıq qaldı

Premyer Liqa oyunu yarımçıq qaldı

Azərbaycan Premyer Liqasının XIX turunun “Qəbələ” – “Zirə” oyunu yarımçıq dayandırılıb. Buna əlverişsiz hava şəraiti səbəb olub.

Güclü qar səbəbindən qarşılaşma 65-ci dəqiqədə saxlanılıb. Oyunu davam etdirmək mümkün olmadığından görüşün sonluğu təxirə salınıb.

Matç sabah – 14 martda dayandırıldığı dəqiqədən davam edəcək. Qəbələ şəhər stadionundakı görüşün davamı saat 12:30-da başlayacaq.

Qeyd edək ki, matç dayandırılarkən hesab 0:0 olub.

ETOPAZ

Əvvəlki yazı

“Finiks”də yeni müqavilə

Növbəti yazı

Mahmudovdan dubl, “Neftçi”dən qələbə