Mahir Emreli ili bitirdi

Mahir Emreli ili bitirdi

Azərbaycan millisinin hücumçusu Mahir Emreli “Legiya”nın 2021-ci ildəki son oyununu da buraxacaq. Plotsk “Visla”sı ilə matçdan sonra azarkeşlərin hücumuna məruz qalaraq başından xəsarət alan 24 yaşlı hücumçu hələ də komanda ilə birlikdə məşq edə bilmir.

“Zaqlebiye” ilə görüşü buraxmalı olan forvardın XIX tur çərçivəsində dekabrın 19-da “Radomiak Radom”la ev matçında da meydana çıxmayacağı dəiqləşib.

“Legiya” hazırda 15 xalla turnir cədvəlinin 15-ci pillədə qərarlaşıb. Emreli “Legiya”nın heyətində bütün turnirlərdə keçirdiyi 33 oyunda 11 qol vurub, 2 məhsuldar ötürmə verib.

ETOPAZ

Əvvəlki yazı

Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi

Növbəti yazı

19-cu dəfə azarkeşlərin sevimlisi