Məğlubedilməz Byanka

Məğlubedilməz Byanka


Dünyanın 7-ci raketkası Byanka Andresku “US Open”də 1/8 finala yüksəlib. Kanadalı tennisçi 3-cü mərhələdə Qret Minnenə qalib gəlib – 6:1, 6:2. Bu, 21 yaşlı idmançının “US Open”də ardıcıl 10-cu qələbəsi olub. Nyu-Yorkda debüt etdiyi 2019-cu ildə turnirin qalibi olan Byanka ötən il yarışa qatılmayıb. Bu da o demədir ki, kanadalı “US Open”də hələ məğlub olmayıb.
Xatırladaq ki, Andresku karyerasında ikinci dəfə “Böyük dəbilqə” turnirində 1/8 finala yüksəlib. Onun növbəti rəqibi Mariya Sakkari və Petra Kvitova cütündə müəyyənləşəcək.

ETOPAZ

Əvvəlki yazı

UEFA FİFA-nın ideyasına qarşı çıxdı

Növbəti yazı

“Cenoa”da yeni sahib