“Cenoa”da yeni sahib
İtaliyanın “Cenoa” klubunun sahibi dəyişəcək. A seriyası təmsilçisinin səhmlərinin majoritar hissəsini ABŞ-ın “777 Partners” şirkəti əldə edib. Bir neçə ay davam edən danışıqlar müsbət nəticələnib. Yaxın günlərdə bu alqı-satqı rəsmiləşəcək. Klubun prezidenti Enriko Pretsiozi kiçik səhmdar kimi 3 il müddətində klubda qalacaq.
“Cenoa” A seriyasında xarici sahibkarların məxsus olduğu 8-ci klub olacaq. Genuyalılara qədər “Milan”, “İnter”, “Spetsiya”, “Venetsiya”, “Bolonya”, “Fiorentina” və “Roma”da əcnəbi səhmdarlara məxsusdur.