UEFA FİFA-nın ideyasına qarşı çıxdı

UEFA FİFA-nın ideyasına qarşı çıxdı


FİFA və UEFA arasında fikir ayrılığı yaranıb. Buna FİFA-nın dünya çempionatını iki ildən bir keçirmək ideyası səbəb olub. UEFA-nın prezidenti Aleksander Çeferin belə yeniliyi qəbuledilməz sayıb: “UEFA və milli assosiasiyalar FİFA-nın ehtimal olunan planlarından ciddi şəkildə ehtiyatlanır. Təəccüblüdür ki, FİFA artıq bu ideyanın gerçəkləşməsi yönündə müəyyən addımlar atır. Baxmayaraq ki, bu təklif rəsmi şəkildə müzakirə də olunmayıb”.
Xatırladaq ki, Çeferin bir müddət əvvəl Avropa çempionatının yenidən bir neçə ölkədə keçirilməsinə qarşı çıxmışdı.

ETOPAZ

Əvvəlki yazı

Bekhem 3-cü liqa klubunda

Növbəti yazı

Məğlubedilməz Byanka