Məsut Özil karyerasını bitirdi
Almaniya millisinin sabiq futbolçusu Məsut Özil karyerasını bitirib. “Başakşəhər”in yarımmüdafiəçinin məşqçilərlə narazılıq səbəbindən belə addım atıb.
O, Türkiyə Super Liqasının XX turunun “Kayserispor”la oyunundan (0:1) sonra məşqçilər tərəfindən ciddi tənqid olunub. Bundan narazı qalan 34 yaşlı futbolçu məşqə gəlməyib və komanda yoldaşlarına karyerasını bitirdiyini bildirib.
Özil bunadək “Fənərbaxça”, “Arsenal”, “Real” və “Şalke”də çıxış edib. O, 2014-cü ildə Almaniya millisinin heyətində dünya çempionu olub.