“Bavariya” və “Benfika” 1/8 finalda, “Milan” ÇL-lə vidalaşdı
Sürpriz kupon – 04.02.2023
“Reqensburq” – “Arminiya Bilefeld” – 1-ci hissə 2
Hər iki komanda tətildən məğlubiyyətlə qayıdıb. Ötən tur xalsız qalan autsayderlər üçün qələbə çox vacibdir. “Reqensburq” “Arminiya”dan 2 xal çox yığıb, 3 pillə yuxarıda (14-cü yer) qərarlaşsa da, Bilefeld klubu həm rəqibindən daha çox qol vurub, həm də daha az top buraxıb. Bəlkə bu matç heç-heçə bitəcək. Amma sürpriz kimi 1-ci hissədə qonaq komandanın qələbəsinə mərc edirəm. 3,50 əmsal “gəl-gəl” deyir.
“Sassuolo” – “Atalanta” – 1-ci hissə cüt şans 12
Məhsuldar oyun gözləyirəm. 2,5 üst 1,55 əmsalla dəyərləndirilir. 1-ci hissə cüt şans 12-nin də əmsalı bu qədərdir. Əgər bol qollu oyun gözləyiriksə, demək, böyük ehtimal ilk hissəni tərəflərdən biri hesabda irəlidə bitirəcək. Əmsal fərqi olmadığından 2,5 üst əvəzinə məhz bu variantı seçirəm.
“Trua” – “Lion” – 1ci hissə cüt şans 12
Kupondakı bol qol gözlədiyim digər oyunlar haqqında dediklərim bu matça da aiddir. Kuponunuzun uduşu artıq ilk yarı bitəndən sonra təmin oluna bilər. Ona görə bu matçda 1-ci hissənin cür şansına mərc etməyi daha uyğun sayıram.