Mərdəkanda qollu heç-heçə
Azərbaycan Premyer Liqasında 27-ci tur davam edir. Bu gün daha bir qarşılaşma baş tutub.
“Araz-Naxçıvan” “Qəbələ”ni qəbul edib. Görüş meydan sahiblərinin üstünlüyü ilə başlayıb. Bunun nəticəsində Numan Kurdiç hesabı açıb. İkinci yarı isə bərabər tempdə keçib. Kurdiç kobud oyuna görə qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub. Çox keçmədən, Osama Xalayla hesabı bərabərləşdirib. Tərəflərin səylərinə baxmayaraq, matçda hesab dəyişməyib.