Keyndən daha bir rekord
Bundesliqasında 26-cı turun oyunları keçirilir. “Bavariya” “Dartmştadt”la qarşılaşıb.
Görüş münhenlilərin 5:2 hesablı qələbəsi ilə nəticələnib. Matç komandanın forvardı Harri Keyn üçün əlamətdar olub. O, bu mövsüm vurduğu qolların sayını 31-ə çatdırıb. Hücumçu fərqlənərək, yeni uğura imza atıb. Keyn əvvəllər 2 dəfə bir mövsümdə 30 qol vurub. Harri buna İngiltərə Premyer Liqasında nail olub. Yayda 105 milyon qarşılığında “Bavariya”ya keçən hücumçu Almaniya çempionatında 31 qol, 12 ötürmə ilə yadda qalıb.