Mərakeşin rəqibi müəyyənləşdi
Qətərdə keçirilən DÇ-2022-də yarımfinalın ikinci cütü müəyyənləşib. Portuqaliyanı 1:0 hesabı ilə məğlub edən Mərakeşin rəqibi 1/4 finalın son matçında bəlli olub.
Afrika təmsilçisi İngiltərəni 2:1 hesabı ilə məğlub edən Fransa ilə qarşılaşacaq. Bu qarşılaşma dekabrın 14-də baş tutacaq. Fransa – Mərakeş oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, dekabrın 13-də keçiriləcək ilk yarımfinalda Argentina və Xorvatiya üz-üzə gələcək. Bu görüş də Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.