Fransa yarımfinalda

Fransa yarımfinalda

DÇ-2022-də 1/4 final mərhələsi başa çatıb. Sonuncu yarımfinalçı Avropa təmsilçilərinin duelində bəlli olub.

Dörd il əvvəl Rusiyada yarımfinalçılar sırasında yer alan İngiltərə və Fransa münasibətlərini ayırd edib. Son dünya çempionu olan “üçrənglilər” ilk yarıda Orelyen Tçuameninin qolu ilə hesabı açıb.

Fasilədən sonra Harri Keyn status-kvonu bərpa edib. Oyunun sonları daha gərgin alınıb. Öncə Olivye Jiru Fransaya qələbə qazandıran qolu vurub. Bundan sonra Keyn daha bir penalti zərbəsi yetirsə də, top tirin üstündən keçib. Beləliklə, 2:1 hesablı qələbə qazanan Didye Deşamın yetirmələri yarımfinala yüksəlib.

Qeyd edək ki, bunadək Xorvatiya, Argentina və Mərakeş də yarımfinala vəsiqə qazanıb.

ETOPAZ

Əvvəlki yazı

Keyn Runiyə çatdı

Növbəti yazı

Mərakeşin rəqibi müəyyənləşdi