Məğlubedilməz İqa
Dünyanın birinci raketkası İqa Şventek uğurlu seriyalarını davam etdirir. Polşalı tennisçi Billi Cin Kinq kubokunun pley-offunda Rumıniya ilə görüşdə yığmasının şərəfini qoruyub.
İqa Mixaela Buzarneskunu 6:1, 6:0, Andreya Prisekariunu 6:0, 6:0 hesabı ilə üstələyib.
Bununla da Şventekin qələbə seriyası 19 oyuna çatıb. O, son 24 setdə də uduzmayıb. Bunlardan 11-də İqa rəqiblərinə bir qeymdən artıq verməyib.