A seriyasının üçüncüsü

A seriyasının üçüncüsü

“Latsio”nun hücumçusu Çiro İmmobile İtaliya A seriyasında mövsümdə 25-ci qolunu vurub. O, karyerasında üçüncü dəfə 25 və ya daha çox qol vurmağı bacarıb.

Çiroyadək çempionatın tarixində yalnız iki oyunçu buna nail olub. İmmobile bununla da turnirin tarixində üçüncü olub.

Onadək Qunnar Nordal və İştvan Nyerş üç mövsümdə 25 və ya daha çox qol vurub. Çiro 25-ci qolunu “Torino” ilə matçda rəqib qapısından keçirib. Bu görüş 1:1 hesabı ilə başa çatıb.

ETOPAZ

Əvvəlki yazı

Bundesliqada yeni rekord

Növbəti yazı

Məğlubedilməz İqa