Bundesliqada yeni rekord
Dortmund “Borussiya”sı Bundesliqanın 30-cu turunda “Volfsburq”la görüşüb. Meydan sahibləri bu oyunda 6:1 hesablı qələbə qazanıb.
Dortmund təmsilçisinin qollarından birinə Tom Rote imza atıb. Müdafiəçi Bundesliqadakı debüt matçında fərqlənib.
Tom debütdə qol hesabını açan ən gənc oyunçu kimi Almaniya çempionatları tarixinə düşüb. Bundesliqanın rekordçusu 17 yaş 169 günlüyündə fərqlənib.