Luka Donçiçdən rekord

Luka Donçiçdən rekord

NBA-nın növbəti oyun günündə “Klippers” “Maveriks”lə qarşılaşıb. 105:112 hesabıyla bitən görüş Dallas klubunun oyunçusu Luka Donçiç üçün əlamətdar olub.


Belə ki, sloveniyalı görüşdə 51 xal toplayıb. Bununla da o, şəxsi rekordunu müəyyənləşdirib.


Matçın birinci rübündə Donçiç uzaq məsafədən 9 zərbə endirib və bunlardan 7-si dəqiq olub. Bu, sloveniyalının karyerasında və NBA-nın cari mövsümündə ən məhsuldar 12 dəqiqədir.

ETOPAZ

Əvvəlki yazı

Messinin şirkəti hamını işdən qovdu

Növbəti yazı

Duqlas Kosta yeni klubunda