Duqlas Kosta yeni klubunda
“Qremio”da icarədə çıxış edən “Yuventus”un futbolçusu Duqlas Kosta Braziliya klubundan ayrılıb. O, ABŞ klubu “Los-Anceles Qalaksi”yə keçib.
Yarımmüdafiəçi ilə mövsümün sonunadək müqavilə bağlanılıb. O, burda da icarə əsasında forma geyinəcək.
Qeyd edək ki, Kosta “Qremio”da 23 matçda meydanda olub və 2 qol vurub.