Lopeteqi Premyer Liqa klubunda

Lopeteqi Premyer Liqa klubunda

“Vulverhempton”un yeni baş məşqçisi müəyyənləşib. İngiltərə klubunu Julen Lopeteqi çalışdıracaq.

İspaniyalı mütəxəssislə anlaşma əldə edilib. Ötən ay “Sevilya”dan istefaya göndərilən çalışdırıcı Premyer Liqa təmsilçisinin sükanı arxasına bir müddət sonra keçəcək.

Lopeteqi XVI tur çərçivəsində noyabrın 12-də “Arsenal”la qarşılaşmadan sonra, yəni dünya çempionatı üçün yaranmış fasilə zamanı “Vulverhempton”da fəaliyyətə başlayacaq.

ETOPAZ

Əvvəlki yazı

“Kristal Palas”ın futbolçusu “Barsa” və “Yuventusun” hədəfində

Növbəti yazı

Mourinyo “Roma”da qalır