Mourinyo “Roma”da qalır

Mourinyo “Roma”da qalır

“Roma” klubunun rəhbərliyi baş məşqçi Joze Mourinyo ilə bağlı qərarını verib. İtaliya klubunun sahibi Dan Fridkin portuqaliyalı mütəxəssislə müqaviləni uzatmaq istəyir.

Mourinyonun anlaşması 2024-cü ilin yayına qədərdir. Paytaxt klubunun sahibi bu müddəti daha bir il uzatmaqda maraqlıdır. Hazırda tərəflər bununla bağlı danışıq aparır. “Canavarlar”ın sahibi hətta komandanı gücləndirmək üçün də Mourinyo ilə birgə gələcək investisiya variantları üzərində işləyir.

Qeyd edək ki, Mourinyo ötən ildən “Roma”nı çalışdırır. Komanda onun rəhbərliyi altında Konfrans Liqasının qalibi olub.

ETOPAZ

Əvvəlki yazı

Lopeteqi Premyer Liqa klubunda

Növbəti yazı

La Liqada rekord