“Liverpul” “Vilyarreal”ı məğlub etdi

“Liverpul” “Vilyarreal”ı məğlub etdi

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində son matç keçirilib. “Liverpul” “Vilyarreal”ı qəbul edib.

Görüş meydan sahiblərinin üstünlüyü ilə başlayıb. “Qırmızılar” bir neçə dəfə qola yaxın olub. Cinahda Aleksander-Arnoldun fəallığı özünü göstərib. O, müdafiənin arxasına təhlükəli hava ötürmələri etsə də, bunları qapayan olmayıb. “Vilyarreal” isə Ciovanni Lo Selso ilə qola yaxın olub. Lakin “Liverpul”un müdafiəsi etibarlı oynayıb.

İkinci hissə də eyni ssenari ilə keçib. Yurgen Kloppun komandası topa sahib olmada aşkar üstün olub. Meydan sahibləri istəyinə 53-cü dəqiqədə çatıb. Kapitan Cordan Endersonun zərbəsi öncə müdafiəçiyə, ardından qapıçıya toxunaraq qapıya daxil olub – 1:0. 2 dəqiqə sonra səhnəyə Sadio Mane çıxıb. Seneqallı hücumçu Muhammed Salahın ötürməsini qolla tamamlayıb. Unay Emeri əvəzetmələrlə oyunun axarını dəyişməyə çalışsa da, bu, mümkün olmayıb. Görüş “Liverpul”un 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, komandalar arasında cavab görüşü mayın 3-də İspaniyada baş tutacaq.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 28.04.2022

Növbəti yazı

Mane Droqbaya çatdı