Mane Droqbaya çatdı

Mane Droqbaya çatdı

“Liverpul”un hücumçusu Sadio Mane Çempionlar Liqasının yarımfinal mərhələsində fərqlənib. O, buna “Vilyarreal”la matçın (2:0) 55-ci dəqiqəsində nail olub.

Bu, seneqallının Çempionlar Liqasının pley-off mərhələlərində 14-cü qolu olub. 30 yaşlı futbolçu həmin göstəricidə “Çelsi”nin sabiq forvardı Didye Droqbanın rekordunu təkrarlayıb. Onlar afrikalı oyunçular arasında pley-off mərhələlərində ən çox fərqlənənlər siyahısına başçılıq edirlər – 14 qol.

ETOPAZ

Əvvəlki yazı

“Liverpul” “Vilyarreal”ı məğlub etdi

Növbəti yazı

“İnter” uduzdu, “Milan” zirvədə