“Liverpul” qapıçısı ilə vidalaşır

“Liverpul” qapıçısı ilə vidalaşır

“Liverpul” qapıçısı Loris Kariusla vidalaşmağa qərar verib. Qolkiperlə müqaviləyə qışda xitam verilməsi gözlənilir.

İngiltərə klubu 28 yaşlı almaniyalını pulsuz buraxmağa razıdır. Karius oyun praktikası qazanmaq istəsə də, “Liverpul” onu satmağa klub tapa bilmir. Bu üzdən də qolkiperə azad agent statusu verilməsi məqsədəuyğun sayılıb.

Xatırladaq ki, Loris 2017/18 mövsümünün Çempionlar Liqasının “Real”la final oyunundan (1:3) sonra “Liverpul”un heyətində heç bir rəsmi matça çıxmayıb. O, bir müddət müxtəlif klublarda icarədə olub.

ETOPAZ

Əvvəlki yazı

Kevin Dyurantı gözləyən cəza

Növbəti yazı

“Yuventus”dan antirekord