Lionel Messiyə istirahət təklifi

Lionel Messiyə istirahət təklifi

Lionel Messi Argentina millisinin qarşıdakı oyunlarından kənar qala bilər. Bununla bağlı qərarı 35 yaşlı hücumçunun özü verəcək.

Baş məşqçi Lionel Skaloni adaşına DÇ-2022-nin seçmə mərhələsinin Çili və Kolumbiya ilə görüşlərinə gəlməməyi məsləhət görüb. Mütəxəssis koronavirusa yoluxandan sonra məşqlərə yeni başlayan Messinin həmin müddəti istirahət etməsi baxımından zəruri sayır.

Fikirləşmək üçün bir neçə günlük vaxt götürən futbolçu hələ qərarını verməyib. O, yanvarın 27-də və fevralın 1-də baş tutacaq matçlarda iştirakını götür-qoy edir. Argentina millisi artıq DÇ-2022-yə vəsiqəni təmin edib.

ETOPAZ

Əvvəlki yazı

Furnyedən rekord, “Nyu-York”dan geridönüş

Növbəti yazı

Trippyer “Nyukasl”da