“Lill”də yeni müqavilə
“Lill” heyətinə yeni futbolçu qatıb. Bafode Diakite Liqa1 təmsilçisində çıxış edəcək.
21 yaşlı müdafiəçi “Tuluza”dan keçib. Onunla 4 illik müqavilə imzalanıb.
Transfer 3 milyon avroya reallaşıb. Diakite ötən mövsüm Liqa2-nin 24 oyununda 2 qola imza atıb.