Liderlər mövqeyini qorudu
Qadın tennisçilərin WTA reytinqi açıqlanıb. “Top-10”da heç bir dəyişiklik olmayıb. Liderlərin mövqeyini qoruduğu siyahıda Anett Kontaveyt rekordla diqqət çəkib. Estoniyalı 6 pilləlik sıçrayışla özünün ən yaxşı nəticəsini təkrarlayıb. O, 14-cü sıraya qalxıb. Cədvələ isə Eşli Barti başçılıq edir.
1 (1). Eşli Barti (Avstraliya) – 9076
2 (2). Arina Sobolenko (Belarus) – 6750
3 (3). Karolina Plişkova (Çexiya) – 5320
4 (4). Barbora Kreyçikova (Çexiya) – 4708
5 (5). Qarbinye Muqurusa (İspaniya) – 4425
6 (6). Elina Svitolina (Ukrayna) – 4096
7 (7). Mariya Sakkari (Yunanıstan) – 4005
8 (8). Ons Jaber (Tunis) – 3455
9 (9). Belinda Bençiç (İsveçrə) – 3365
10 (10). Naomi Osaka (Yaponiya) – 3326