Levandovski penaltini qaçırdı, görüşdə hesab açılmadı

Levandovski penaltini qaçırdı, görüşdə hesab açılmadı

Dünya çempionatının 1-ci turunun növbəti matçları keçirilir. C qrupunun ikinci görüşündə Meksika Polşa ilə qarşılaşıb.

Oyun qarşılıqlı hücumlarla başlayıb. Hər iki tərəf təhlükəli epizodlar yaratmaqda çətinlik çəkib. İkinci hissənin ortalarında Polşanın kapitanı Robert Levandovski penalti qazanıb. O, 11 metrlik cərimə zərbəsindən qapını dəqiq nişan alsa da, Qilyerme Oçoa topu dəf etməyi bacarıb. Bundan sonra özünə gələn amerikalılar qol vurmaq üçün irəli atılıb. Lakin görüşdə hesab açılmayıb.

Qeyd edək ki, qrupun digər matçında Argentina Səudiyyə Ərəbistanına uduzub – 1:2.

ETOPAZ

Əvvəlki yazı

“Mançester Yunayted” Ronaldo ilə müqaviləni pozdu

Növbəti yazı

Ronaldo: “Mən bu klubu sevirəm”