Levandovski iki kluba təklif olundu

Levandovski iki kluba təklif olundu

Polşa millisinin və “Bavariya”nın futbolçusu Robert Levandovski iki kluba təklif olunub. 33 yaşlı hücumçunun agenti ona komanda axtarmaqda davam edir.

Kristian Falk müştərisi ilə bağlı “Barselona” və PSJ ilə danışıqlar aparır. “Bavariya” rəhbərliyi agentin fəaliyyətindən xəbərdardır. Münhen təmsilçisi də müqaviləsi 2023-cü ildə başa çatacaq Roberti saxlamaq niyyətindədir.

Qeyd edək ki, hücumçu cari mövsümün 37 matçında 45 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 02.04.2022

Növbəti yazı

DÇ-2022-nin püşkü atıldı