Levandovski ən yaxşı seçildi

Levandovski ən yaxşı seçildi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) dünyada ilin ən yaxşı futbolçusunu açıqlayıb. Qurum mükafatın sahibini dünya ölkələrindəki nümayəndələri arasında keçirdiyi səsvermə ilə müəyyənləşdirib.

“Bavariya”nın hücumçusu Robert Levandovski ən yaxşı adına layiq görülüb. Polşa millisinin üzvü ən yaxın izləyicisi Lionel Messini böyük fərqlə üstələyərək, ardıcıl ikinci dəfə ilin futbolçusu seçilib.

1. Robert Levandovski (Polşa / “Bavariya”) – 150 səs
2. Lionel Messi (Argentina / “Barselona”-PSJ) – 105
3. Jorjinyo (İtaliya / “Çelsi”) – 40
4. Kevin De Bruyne (Belçika / “Mançester Siti”) – 35
5. Məhəmməd Salah (Misir / “Liverpul”) – 20
Kilian Mbappe (Fransa / PSJ) – 20
7. Kriştiano Ronaldo (Portuqaliya / “Mançester Yunayted”) – 15
8. Nqolo Kante (Fransa / “Çelsi”) – 10
Canluici Donnarumma (İtaliya / “Milan”-PSJ) – 10
10. Erlinq Haland (Norveç / “Borussiya”, Dortmund) – 5

ETOPAZ

Əvvəlki yazı

Çempionlar Liqasında həftənin ən yaxşısı adına 4 namizəd

Növbəti yazı

“Hyuston” seriyaya son qoydu