Lemar La Liqa tarixinə düşdü

Lemar La Liqa tarixinə düşdü


“Atletiko”nun futbolçusu Toma Lemar İspaniya La Liqasının tarixinə düşüb. Yarımmüdafiəçi çempionat oyunlarında ən gec vurulan qolun müəllifi olub. O, IV turun “Espanyol”la qarşılaşmasında fərqlənib. Lemar 99-cu dəqiqədə qələbə qoluna imza atıb – 2:1.
Fransalı əvvəlki rekordu 14 saniyə üstələyib. Onun qolu matçın 98 dəqiqə 55-ci saniyəsinə təsadüf edib. 2019/20 mövsümündə “Levante”nin müdafiəçisi Koke Moreno “Xetafe”ni 98 dəqiqə 41-ci saniyədə məyus edib – 1:0.

ETOPAZ

Əvvəlki yazı

Endi Marreyin rəqibi bəlli oldu

Növbəti yazı

A seriyasının ikincisi