A seriyasının ikincisi

A seriyasının ikincisi


İtaliyanın “İnter” klubunun baş məşqçisi Simone İnzaqi A seriyasında 200-cü matçını keçirib. “Sampdoriya” ilə qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Yubilyar bu müddətdə 110 qələbə qazanıb. O, “Latsio” və “İnter”də çalışıb.
İnzaqi qələbəyə görə üç xalın verilməyə başladığı 1994-cü ildən sonrakı dövrdə ilk 200 matçında ən çox qələbə qazanan ikinci baş məşqçidir. Rekord “İnter” və “Yuventus”un sabiq çalışdırıcısı Antonio Konteyə məxsusdur. O, 200 oyunda 136 qələbəyə sevinib.

ETOPAZ

Əvvəlki yazı

Lemar La Liqa tarixinə düşdü

Növbəti yazı

Bençiç rəqibini gözləyir