Lebronun rekordu yeniləndi

Lebronun rekordu yeniləndi

“Mayami”nin basketbolçusu Cimmi Batler karyerasının rekorduna imza atıb. Müdafiəçi pley-offun 1-ci mərhələsinin dördüncü oyununda fərqlənib.

O, “Miluoki” ilə qarşılaşmada 56 xal toplayıb. “Hit” 119:114 hesablı qələbə ilə seriyada üstünlüyünü artırıb – 3:1.

Batler pley-off tarixinin 4-cü nəticəsini təkrarlayıb. O, “Mayami”nin pley-off rekordunu yeniləyib. Müdafiəçi 2014-cü ildə “Nets”ə qarşı matçda 49 xal yığan Lebron Ceymsi arxada qoyub.

Qeyd edək ki, pley-offun rekordu 1986-cı ildə 63 xal toplayan Maykl Cordana məxsusdur.

ETOPAZ

Əvvəlki yazı

Zlatan yenə zədələndi

Növbəti yazı

“Barselona”da yeni razılaşma