“Barselona”da yeni razılaşma

“Barselona”da yeni razılaşma

“Barselona” stadionun təmiri layihəsini maliyyələşdirmək üçün investorlarla danışıqları yekunlaşdırıb.  İspaniya klubu “Nou Kamp” stadionunun yenidən qurulmasına sərf ediləcək 1,45 milyard avro üçün razılaşma əldə edib. 

Vəsaitlər dünyanın hər yerindən nüfuzlu maliyyə institutları da daxil olmaqla, 20 investordan gələcək. Kataloniya təmsilçisi borcunu 5-24 il ərzində ödəyəcək. Onlar bunu stadionunda işləri başa vurduqdan sonra obyektdən əldə edilən və təxminən 247 milyon avro olacağı proqnozlaşdırılan gəlirdən verməyə başlayacaqlar. 

ETOPAZ

Əvvəlki yazı

Lebronun rekordu yeniləndi

Növbəti yazı

Mbappe və Ramos Paredesi PSJ-də istəmir