Lebron “Top-10”da

Lebron “Top-10”da

Lebron Ceyms NBA tarixində ən çox uçxallıq atış müəllifi olan 10 oyunçu sırasına daxil olub. “Leykers”in basketbolçusu “Klippers”lə qarşılaşmada (97:103) səkkiz cəhddən ikisində dəqiq olub.

37 yaşlı ulduz bununla da üçxallıq atışlarının ümumi sayını 2 min 145-ə çatdırıb. Lebron bu göstəricidə 11-ci pillədən 9-cu yerə yüksəlib.

O, Pol Pirs (2143) və Damian Lillardı (2144) arxada qoyub. Rekord isə Stef Karriyə məxsusdur – 3 min 121 atış.

ETOPAZ

Əvvəlki yazı

Unaiyə İngiltərədən dəvət

Növbəti yazı

Kirios mövsümü bitirdi