Kirios mövsümü bitirdi
Dünyanın 21-ci raketkası Nik Kirios Bazel turnirində iştirak etməyəcək. O, İsveçrədəki yarışa qatılmaqdan imtina edib.
Onu Cek Dreyper əvəzləyib. Nik Parisdəki “Masters”də də mübarizə aparmayacaq.
Bununla da onun üçün 2022-ci il mövsümü fərdi yarışlarda başa çatıb. Kirios ilin yekun turnirində cütlərin yarışında oynaya bilər.
O, Tanasi Kokkinakislə reytinqin 7-cisidir.