Lebron sıradan çıxdı
“Leykers”in basketbolçusu Lebron Ceyms zədələnib. Ulduz hücumçu bir neçə həftəlik sıradan çıxıb.
Buna onun sağ ayağındakı zədə səbəb olub. O, təkrar müayinədən də keçməlidir.
NBA-nın dördqat MVP-si “Dallas”la qarşılaşmanın (111:108) üçüncü hissəsində xəsarət alıb. 38 yaşlı veteran qarşılaşmanı sona çatdıra bilib.